Belarus Dövlət Universiteti

Belarus Dövlət Universiteti (belar. Белару́скі дзяржа́ўны ўніверсітэ́т) — Belarusun paytaxtı Minsk şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Universitet Belarus Respublikası Təhsil Nazirliyinin strukturuna daxildir[1].

Belarus Dövlət Universiteti
БГУ, БДУ
Xəritə
53°53′38″ şm. e. 27°32′48″ ş. u.HGYO
Əsası qoyulub 30 oktyabr 1921
Tip dövlət universiteti
Rektor Andrey Kral
Tələbə sayı 38 972
Müəllim sayı 8 800
Şəhər Minsk
Ölkə
Ünvan Belarus, Minsk şəhəri
Sayt bsu.by
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitetin əsası 30 oktyabr 1921-ci ildə qoyulmuşdur.

1920–1930-cu illər

[redaktə | mənbəni redaktə et]

1921–1934-cü illərdə Belarus Dövlət Universitetində oxumuş tələbələrin sayı aşağıdakı cədvəldə göstərilmişdir[2]:

Tədris ili 1921/22 1922/23 1923/24 1924/25 1925/26 1926/27 1927/28 1928/29 1929/30 1930/31 1931/32 1932/33 1933/34
Tələbə sayı 1126 2092 2328 2298 2530 2550 2672 2552 2332 1579 437 528 635

Mövcud vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Belarus Dövlət Universiteti ali təhsil müəssisələri içərisində öz nüfuzuna görə fərqlənir[3]. Zəngin ənənələri olan universitetin 17 fakültəsində tələbələr üçün geniş təhsil imkanları yaradılmışdır[3].

Tələbə şəhərciyi

[redaktə | mənbəni redaktə et]
Belarus Dövlət Universitetinin Minskdəki tələbə şəhərciyi

Tələbə şəhərciyi Belarus Dövlət Universitetinin qeyri-rezident tələbələr, magistrant, aspirant və universitet əməkdaşları üçün mənzillə təmin edilməsi üçün yaradılmışdır. Strukturuna 10 yataqxana daxildir.[4]. Həmin yataqxanalar bunlardır.:

  • 1 nömrəli yataqxana — Sverdlova küçəsi, 34 ünvanında yerləşir[5];
  • 2 nömrəli yataqxana — Oktyabrskaya küçəsi, 2 ünvanında yerləşir[6];
  • 3 nömrəli yataqxana — Kurçatova küçəsi, 6 ünvanında yerləşir[7];
  • 4 nömrəli yataqxana — Çyurlenisa küçəsi, 7 ünvanında yerləşir[8];
  • 5 nömrəli yataqxana — Oktyabrskaya küçəsi, 4 ünvanında yerləşir;
  • 6 nömrəli yataqxana — Oktyabrskaya küçəsi, 10 ünvanında yerləşir;
  • 7 nömrəli yataqxana — Oktyabrskaya küçəsi, 10/2 ünvanında yerləşir;
  • 8 nömrəli yataqxana — Kropotkina küçəsi, 51 ünvanında yerləşir (Universitetin əməkdaşları üçün);
  • 10 nömrəli yataqxana — Kurçatova küçəsi, 8 ünvanında yerləşir;
  • 11 nömrəli yataqxana — Djerzinski prospekti, 87 ünvanında yerləşir.

Tanınmış məzunları

[redaktə | mənbəni redaktə et]

Universitetin rektoru Andrey Kraldur[9]. Prorektorların sayı isə 6 nəfərdir ki, onlardan biri birinci prorektordur.

  1. "Вузы Министерства образования Республики Беларусь". 2014-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  2. З хронікі Беларускага дзяржаўнага універсітэта // Памяць: гісторыка-дакументальная хроніка Мінска. — Кн. 3. — Мн.: БЕЛТА, 2004. — С. 152–161.
  3. 1 2 Belarus Respublikasının təhsil sistemi Arxivləşdirilib 2021-05-07 at the Wayback Machine. muallim.edu.az, 08.03.2012 (az.)
  4. "Студенческий городок БГУ". 2016-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  5. "Студгородок БГУ | Общежитие №1". 2016-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  6. "Студгородок БГУ | Общежитие №2". 2016-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  7. "Студгородок БГУ | Общежитие №3". 2016-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  8. "Студгородок БГУ | Общежитие №4". 2016-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  9. "В БГУ новый ректор – Андрей Король". interfax.by. 2017-09-28. 2017-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]