Benedikt Telinqator

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Benedikt Telinqator
Doğum tarixi 1876
Vəfat tarixi 1964
Fəaliyyəti rəssam, karikaturçu, dizayner

Benedikt Rafailoviç Telinqator (Beno) (18761964) — Gürcüstanın xalq rəssamı.

Həyatı

Benedikt Rafailoviç Telinqator (Beno) 1876-ci ildə Kiyevda anadan olmuşdur. 1898-ci ilda Odessa Bədii Akademiyasını bitirmiş, TiflisdəBakıda yaşamışdır. Bakıda nəşr olunan "Cigit" (1907–1913), "Zənbur" (1909–1910), "Mirat" (1910), "Kəlniyyət" (1912–1913) adlı satirik jurnalların aparıcı rəssamlarından biri olmuşdur. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" satirik jurnalı ilə əməkdaşlıq etmişdir. Bu jurnalların səhifələrində yüzlərlə satirik rəsim va karikaturalari ilə çıxış etmişdir. B.Telinqator Azərbaycan karikatura sənətinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuşdur. Gürcüstanın xalq rəssamı B.Telinqator 1964-cü ildə Gürcüstanın Batumi şəhərində vəfat etmişdir.

Həmçinin bax