Beynəlxalq Mülki Aviasiya Günü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Beynəlxalq Mülki Aviasiya Günü
Qeyd olunmağa başlayıb 1994
Tarix 7 dekabr
un.org/ar/observances/ci…

Beynəlxalq Mülki Aviasiya Günü (ing. International Civil Aviation Day, isp. Día de la Aviatión Civil Internetional, fr. Journée de l'aviation civile internationale) - bu bayram hər ilin 7 dekabr tarixində qeyd olunur.

Tarixi

1996-cı il dekabrın 6-da BMT Baş Məclisi tərəfindən “7 dekabr - Beynəlxalq Mülki Aviasiya Günü” elan olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Fərmanı ilə yaradılmışdır və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycanda “Mülki Aviasiya Günü” 2 iyun tarixində qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılması ilə əlaqədardır.

Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilmişdir. Azərbaycanda ilk hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilmiş və 2 ildən sonra istifadəyə verilmişdir.

1994-cü ildə Mülki Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası yaranmışdır[1].

İstinadlar

  1. "7 dekabr Beynəlxalq Mülki Aviasiya Günü". azertag.az. 2019-12-19 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər