Bezmindağ

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bezmindağ

Bezmindağ-Qubadlı rayonu ərazisində dağ.

Toponimi

Həkəri və onun qolu Xoşgədik Çayları arasında, Muradxanlı kəndindən şərqdədir. Bizmindağ variantında da qeydə alınmışdır. Oronim biz (qəd. türk. "şiş"), min (qəd. türk."burun") və dağ komponentlərindən düzəlib, "Şişburun dağ" deməkdir. Dağda Bizmin adlı qalanın qalıqları mövcuddur. Türkmənistan ərazisində Köpetdağın ətəyində Bezmein adlı şəhərin olduğu da məlumdur.[1]

Həmçinin bax

Qarabağ silsiləsi

Xarici keçid

Qubadlı

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007