Boqorodskie dağları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Boqorodskie dağları
Ümumi məlumatlar
Mütləq hündürlüyü 217 m
Yerləşməsi
55°13′59″ şm. e. 49°10′59″ ş. u.
Ölkə  Rusiya
Boqorodskie dağları xəritədə
Boqorodskie dağları
Boqorodskie dağları

Boqorodskie dağlarıTatarıstanın Ust-Kmski rayonu ərazisində, Volqa çayının sağ sahilində yerləşən yüksəklik. Şimaldan Krasnovidovo, cənubdan Lobaç, şərqdən Volqa çayı, qərbdən Kramolka və Suxaya Ulema çayının vadisi ilə əhatələnir[1]. Bəzi mənbələrdə Boqorodskie dağlarını Yurev dağları kimi qeyd edirlər. Dağlar öz adını Boqorod qəsəbəsindən almışdır. Boqorodskie dağlarında Tenişevo, Kamskoe Uste, Yşelça Antonovka adlı yaşayış məntəqələri yerləşir. Tenişevoda Avropanın ən iri gips şaxtası yerləşir. Boqorodskie dağlarında digər təbiət abidəsi olan Antonov ovraqı, həmcinin Yurevskaya mağarası, Lobaç dağı yerləşir.

İstinadlar

  1. Республика Татарстан. Общегеографические карты Российской Федерации. Федеральная служба геодезии и картографии России, 1994 г