Tatarıstan (tatar. Татарстан; rus. Tatarstan) və ya rəsmi adı ilə Tatarıstan Republikası (rus. Респу́блика Татарста́н, tatar. Татарстан Республикасы) — Rusiya Federasiyasında muxtar respublika.
Muxtar respublika | |
Tatarıstan Respublikası | |
---|---|
Tatarca: Татарстан Республикасы Rusca: Республика Татарстан | |
Tatarıstan Respublikasının Milli Himni | |
55°33′ şm. e. 50°56′ ş. u.HGYO |
|
Ölkə | Rusiya |
İnzibati mərkəz | Kazan |
Prezident | Rüstəm Minnixanov |
Baş Nazir | Aleksey Pesoşın |
Dövlət Şurasının sədri | Dövlət Şurasının sədri |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 30 avqust 1990 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-TA |
Avtomobil nömrəsi | 16, 116 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisi 68,000 km² əhali sayı isə 3,800,000 nəfərdir ki onların əksəriyəti tatarlardan təşkil olunur.[1] Tatarıstanın paytaxtı Qazan şəhəridir. Qeyri-rəsmi Tatarıstan ideyası: Bez Buldırabız! (Biz Bacarırıq!) adlanır.[2]
80-ci illərin sonunda Volqaboyu və Sibirin türk xalqları milli muxtar qurumlarının siyasi statuslarının artırılması uğrunda mübarizə aparırdılarsa, SSRİ dağıldıqdan sonra Tatarıstanda müstəqillik meylləri güclənməyə başladı. Tatarıstan Başqırdıstan ilə bərabər Rusiya Federasiyası ilə birbaşa müqavilə imzalamaq təklifini irəli sürdü. Tatar xalqının qurultayı Respublika Ali Sovetinə alternativ orqan olan Məclis təşkil edildi. 1991–1993-cü illərdə Tatarıstanda müstəqillik uğrunda kütləvi hərəkat başlandı. Kazanda isə xalq ordusunun yaradılmasına cəhd göstərildi. Muxtar respublikada prezident seçkisi keçirildi. Mintimer Şaymiyev Tatarıstanın prezidenti seçildi. O, milli hərəkatla parlamentin Moskva meyilli müxalifəti arasında çox bacarıqla manevr edərək respublikada sabitliyi qoruyub saxlaya bildi. Tatarıstan Rusiyanın muxtar qurumları içərisində ilk olaraq Suverenlik haqqında Bəyannamə qəbul etdi. Referendum keçirildi və respublika beynəlxalq hüquq obyekti kimi, Rusiya Federasiyası ilə assosiasiya olunan xüsusi statuslu suveren dövlət elan edildi. Lakin Rusiya Federasiyasının Konstitusiya məhkəməsi bu qərarı təsdiq etmədi. Tatarıstan mərkəzə heç bir vergi ödəmədən müstəqil iqtisadi siyasət həyata keçirməyə başladı. Neft ehtiyatları və istehsal gücündən istifadə edən respublika iqtisadiyyatın inkişafı sahəsində böyük nailiyyətlər əldə etdi. 1994-cü il fevralın 15-də Rusiya ilə Tatarıstan arasında dövlət idarələrinin səlahiyyətlərinin bölüşdürülməsi haqqında müqavilə imzalandı. Hər iki tərəf müqaviləni münasibətlərin tənzim edilməsi sahəsində nailiyyət kimi qəbul etdi. Federal hakimiyyət bu müqavilə ilə dövlətin bütövlüyünün saxlanması, Tatarıstan isə xüsusi statusunun möhkəmləndirilməsi hüququnu qazandı.
Neft, təbii qaz, gips.
Tatarıstan 43 rayon və 20 şəhərdən ibarətdir. Paytaxtı Kazan şəhəridir. Kazan çox qədim tarixə malikdir və minarəsi ilə tanınır.