Boyana Popoviç

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Boyana Popoviç
Ümumi məlumatlar
Doğum tarixi 20 noyabr 1979(1979-11-20) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 185 sm
Çəkisi 86 kq
Mövqeyi back[d]

Boyana Popoviç (20 noyabr 1979, Niş[d]) — Monteneqronu təmsil edən həndbolçu.[1]

Karyerası

Boyana Popoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.

Daha sonra Boyana Popoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.

Həmçinin bax

İstinadlar

  1. "Boyana Popoviçin tərcümeyi-halı  (ing.)". www.sports-reference.com. 18 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2019-cu il.

Xarici keçidlər