Suzana Lazoviç

Suzana Lazoviç (28 yanvar 1992, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu.[2]

Suzana Lazoviç
Ümumi məlumatlar
Tam adı Suzana Lazoviç
Doğum tarixi 28 yanvar 1992(1992-01-28) (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 176 sm
Çəkisi 72 kq[1]
Mövqeyi line player[d]

Karyerası[redaktə | mənbəni redaktə et]

Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.

Daha sonra Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia (ing.). 2006.
  2. "Suzana Lazoviçin tərcümeyi-halı  (ing.)". www.sports-reference.com. 15 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2019-cu il.