Buş quşarmudu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Buş quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Buş quşarmudu (lat. Sorbus buschiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Təbii yayılması

Rusiyada və Qafqazda təbii halda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 4-6 m-ə çatan alçaqboylu ağac və ya koldur. 10-11 sm uzunluqda olan yarpaqları ikili olub, bar verən zoğlarda enli və ya yumurtavarı- ellipsvarı, meyvəsiz zoğlarda isə neştərvaridir. Yan damarlarının sayı 10-11 cütdür, kənarları ikiqat itidişlidir. Alt səthi boz yaşılımtıl keçəvari tükcüklüdür. Qaidədən pazvarıdır.

Ekologiyası

Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2200 m hündürlüklərdə, daşlı qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.

Azərbaycanda yayılması

Naxçıvan MR florasına ilk dəfə tərəfimizdən daxil edilmişdir. Naxçıvan MR-da Ordubad rayonunun Nürgüt kəndi ətrafındakı seyrək meşəlikdə palıd, yemişan, armud növləri ilə birlikdə və ya tək-tək, Şahbuz rayonunun Biçənək kəndi ərazisində palıd meşəliyində təbii halda yayılmışdır.

İstifadəsi

Efir yağlı bitkidir. Meyvəsindən qida sənayesində istifadə edilir. Yaşıllaşdırmada rast gəlinmir.

İstinadlar

Həmçinin bax