Buglossoides purpurocaerulea

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Buglossoides purpurocaerulea
Elmi təsnifat
Beynəlxalq elmi adı

Buglossoides purpurocaerulea (lat. Buglossoides purpurocaerulea) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin buglossoides cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

Hündürlüyü 30-50 sm, gövdəsi düz, çiçəkli vəmeyvə verməyən olub, nahamar-tükcüklü, sadə və ya yuxarı hissədə az budaqlanmış, dahasonra əyilmiş və yaxud sərilmiş, sıx yarpaqlaörtülmüş çoxillik ot bitkisidir. Yarpaqları oturaq, neştərvari, tamkənarlı, sivri və ya aşağı hissədə yerləşənlər kütdür, uzunluğu 2-4 sm-dir, hər iki tərəfdən basıq və seyrək tüklüdür, bir ədəd orta damarı nəzərə çarpandır, alt tərəfdə daha açıqdır. Qıvrımları çoxçiçəkli deyildir. Tacın uzunluğu 15 mm-dir, bənövşəyi-göy rəngdədir, açılan zaman qırmızımtıl, kasacıqdan iki dəfə uzundur. Çiçəkləməsi May ayına təsadüf edir. Fındıqcalar 4-5 mm uzunluqdadır, dəyirmi-yumurtaşəkillidir, küttəhərdir, ağ rəngdədir, hamar və parlaqdır.Meyvə verməsi iyun ayına təsadüf edir.

Azərbaycanda yayılması

Azərbaycanın bütün rayonlarında, (Naxçıvandan başqa) meşəli rayonlarda. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühüti

Meşə və kolluqlarda, meşə kənarında, talalarda, bağlarda, nadir hallarda bostanlarda rast gəlinir.

İstinadlar

Həmçinin bax