Bulmastif

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Erkək Bulmastif

Bulmastif — xidmət-qarovul itləri cinsi.[1]

Tarixi

Böyük Britaniyada XIX əsrin sonu – XX əsrin əvvəllərində mastiflərin buldoqlarla çarpazlaşdırılmasından alınmışdır. İlk rəsmi standartı 1925-ci ildə qəbul edilmişdir.[1]

Təsviri

Bala Bulmastiflər

Bədəni möhkəm sümüklü, güclü, əzələləri aydın görünən, döş qəfəsi geniş, başı çox iridir. Cidov hünd. 61–68,5 sm, kütləsi 45–59 kq-dır. Rəngi kürən, pələng xallı, yaxud açıq-sarı, üzündə mütləq qara “maska” olur. Bulmastif mastifin qarovulçəkmə, buldoqun isə cəldlik, çeviklik və cəsarətlilik keyfiyyətlərini özündə birləşdirir. Güclü və çox anlaqlıdır.[1]

Məşhur Bulmastiflər

  • Brutus – Bob Dilanın iti, 1980-ci illərdə
  • Butkus – Silvester Stallonun iti
  • Roki – Roloff ailəsinin iti (Kiçik insanlar, böyük dünya)
  • Svaqqer – Klivland Braunsun canlı tilsimi
  • Madg – Henri və Madg (uşaq kitabı)[2][3]
Bala Bulmastif

İstinadlar

  1. 1 2 3 Bulmastif// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 71.
  2. "ReadWriteThink: Lesson Plan: Word Study WithHenry and Mudge". 2010-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  3. Henry and Mudge

Xarici keçidlər