Burunlu kəpənəkçiçək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Burunlu kəpənəkçiçək
Elmi təsnifat
Beynəlxalq elmi adı

Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir. Mahmızın ləçəkləri (nektarlıqlar) yarımspiral qatlanmış quruluşdadır. Çalovlar (meyvələr) 3 sayda, çılpaqdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Toxumla çoxalır. Mezofitdir. Subalp dağ qurşağının rütubətli çəmənlərində, meşə kənarlarında, kolluqlarda, Carum caucasica, Senecio platyphyllus və Doronicum macrophyllum bitkilərindən təşkil olunmuş assosiasiyalarda komponent kimi iştirak edir. Zəhərlidir. Dekorativ və dərman bitkisdir.

Yayılması

Böyük Qafqazın Quba sahəsi (Quba rayonu, Qırızdəhnə kəndi ətrafındakı dağ-dərəsi; Qusar rayonu, Sudur və Ləzə kəndlərinin ətrafı) və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi.

Sayı və tendensiyası

Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasına səbəb olur.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (otların biçilməsi və mal-qara tərəfindən tapdalanması, dərman bitkisi kimi istifadə olunması).

Mühafizə tədbirləri

Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetiktədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar

Həmçinin bax