Butan–Çin münasibətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çin–Butan münasibətləri
Çin və Butan
 ÇXR  Butan

Çin–Butan münasibətləriÇin Xalq RespublikasıButan arasındakı münasibətlər gərgin olmuş və rəsmio diplomatik münasinbətlər qurulmamışdır[1][2]. Çinlə butan arasında dövlət sərhəddinin uzunluğu 470 km-dir. Onlar arasında mövcud olan ərazi mübahisəsi bir münaqişənin başlanğıcı ola bilər. 1980-ci illərdə bu iki ölkə arasında sərhəd məsələləri, təhlükəsizlik və ikitərəfli gərginliyin azaldılması barədə danışıqlar aparılmışdır[1][2].

Tarixi

Btün mövcudluğu dönəmində Butan Tibetlə mədəni, tarixi, dini və iqtisadi əlaqələrə sahib olmuşdur. İki tərəfli münasibətlər Butanın Böyük Britaniya imperiyasının Tibetə hücumu zamanı ingilisləri dəstəkləməsindən sonra pisləşir. 1951-ci ildə Çin Azadlıq ordusunun Tibeti ələ keçirməsindən sonra Butanda gərginlik yaranır.0 Onlar Butanında Çin tərəfindən işğal oluna biləcəyini düşünürlər[3][4]. İki ölkə arasında dövlət sərhəddi heç zaman rəsmi olmamışdır. Tibetdə 1959-cu ildə kommunizmə qarşı üsyamn və Dalay Lamanın Hindistana qaçması Çinin diqqətləri bu istiqamətə yönləndirməsinə səbəb olmuşdur. Qiymətləndirmələrə əsasən Tibetdən Butana 6 000 insan qaçmışdır. Onlara siyası sığınacaq verilmişdir[3][5].

Sərhəd məsələləri

Baxın da: Butan Krallığı ilə Çin Xalq Respublikası arasında ərazi mübahisələri[zh]

Çin Xalq Azadlıq ordusu Tibetin Butan tərəfindən idarə edilən 8 anklavını ələ keçirir. 1961-ci ildə Çin öz ərazisinin əks olunduğu xəritəni nümayiş etdirir. Burada Butan və Nepalın bəzi əraziləri, Sikkim krallığı Çin ərazisi olaraq göstərilir[3]. Çin əsgərlərinin və Tibet çobanlarının Butan ıərazisinə daxil olması ölkədə etizla qarşılanır. Bu zaman Butan Hindistana üz tutur[3][4]. 1962-ci ildə Çin-Hindistan müharibəsi zamanı Butan hökuməti hind ordusunun onun ərazisindən keçməsinə icazə verir. Ancaq hindlilər bu münaqişəni məğlub olduqlarında Hindistanın onu qoruyacağına ümidsizlik yaranır. Bu səbəbdən Bunan Hindistanla münasibətlərdə neytrallığa yönəlir[2][3]. Butan kralının ölkə parlamentindəki rəsmi bəyanatına əsasən Butanın Çinlə dörd mübahisəli ərazisi vardır. Onların ümumi sahəsi 270 km²-dən[2] çoxdur.

Əlaqələrin inkişafı

1970-cı illərə qədər Çinılə danışıqlarda Butanı Hindistan təmsil edirdi. 1971-ci ildə BMT üzvü seçildikdən sonra Burtan xarici siyasətdə fərli istiqamət götürür[6]. BMT sesiyasında Butan Vahid Çinə səs verir. 1974-cü ildə Ciqme Sinqe Vanqçukun tacqoymasında Çinin Hindistandakı səfiri də dəvət olunur. 1983-cü ildə Nyu-York şəhərində Butan və Çin Xarici İşlər Nazirləri ikitərfli əlaqələr barədə danışıqlar aparırlar. 1984-cü ildə Butan və Çin sərhəd məsələlərinə dair görüş keçirirlər[2][4].

1998-ci ildə Butan və Çin sülh və sərhəddə sakitlik haqqında imzalayırlar. Bu anlaşma iki ölkə arasında ilk müqavilə olur. Müqavilə ilə Çin Butanın ərazi bütovliyinə hörmət etdiyini nümayiş etdirmişdir[2][4][7]. Bununla belə çin 1998-ci ildə əldə edilən anlaşmaya zidd olaraq mübahisəli ərazilərdə yol tikimntisi gerçəkləşdirir. Bundan sonra Butan qəzeti olan Kuenseldə yol tikintisinin gələcək irəliləyişlər üçün zəmin olacağını yazır[4][7]. 2002-ci ildə Çin tərəfi mübahisəli ərazilərin ona məxsus olması barədə faktları ortaya qoyur. Bundan sonra 2002-ci ildə ikitərəfli müvəqqəti müqavilə imzalanır[2].

İstinadlar

  1. 1 2 A New Bhutan Calling Arxivləşdirilib 2011-06-12 at the Wayback Machine (14 May 2008). OutlookIndia.com.
  2. 1 2 3 4 5 6 7 Bhutan-China relations Arxivləşdirilib 2009-12-27 at the Wayback Machine (5 July 2004). BhutanNewsOnline.com.
  3. 1 2 3 4 5 "Bhutan — China relations". 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
  4. 1 2 3 4 5 In Bhutan, China and India collide Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine (12 January 2008). AsiaTimes.com.
  5. Bhutan: a land frozen in time Arxivləşdirilib 2013-10-30 at the Wayback Machine(9 February 1998). BBC.
  6. Indo-Bhutanese relations Arxivləşdirilib 2012-12-13 at Archive.today. (1991) Library of Congress Country Studies
  7. 1 2 Bhutan Gazette Arxivləşdirilib 2023-01-17 at the Wayback Machine(7 June 2007). BhutanGazette.