Çin–Butan münasibətləri — Çin Xalq Respublikası və Butan arasındakı münasibətlər gərgin olmuş və rəsmio diplomatik münasinbətlər qurulmamışdır[1][2]. Çinlə butan arasında dövlət sərhəddinin uzunluğu 470 km-dir. Onlar arasında mövcud olan ərazi mübahisəsi bir münaqişənin başlanğıcı ola bilər. 1980-ci illərdə bu iki ölkə arasında sərhəd məsələləri, təhlükəsizlik və ikitərəfli gərginliyin azaldılması barədə danışıqlar aparılmışdır[1][2].
Çin–Butan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Btün mövcudluğu dönəmində Butan Tibetlə mədəni, tarixi, dini və iqtisadi əlaqələrə sahib olmuşdur. İki tərəfli münasibətlər Butanın Böyük Britaniya imperiyasının Tibetə hücumu zamanı ingilisləri dəstəkləməsindən sonra pisləşir. 1951-ci ildə Çin Azadlıq ordusunun Tibeti ələ keçirməsindən sonra Butanda gərginlik yaranır.0 Onlar Butanında Çin tərəfindən işğal oluna biləcəyini düşünürlər[3][4]. İki ölkə arasında dövlət sərhəddi heç zaman rəsmi olmamışdır. Tibetdə 1959-cu ildə kommunizmə qarşı üsyamn və Dalay Lamanın Hindistana qaçması Çinin diqqətləri bu istiqamətə yönləndirməsinə səbəb olmuşdur. Qiymətləndirmələrə əsasən Tibetdən Butana 6 000 insan qaçmışdır. Onlara siyası sığınacaq verilmişdir[3][5].
Çin Xalq Azadlıq ordusu Tibetin Butan tərəfindən idarə edilən 8 anklavını ələ keçirir. 1961-ci ildə Çin öz ərazisinin əks olunduğu xəritəni nümayiş etdirir. Burada Butan və Nepalın bəzi əraziləri, Sikkim krallığı Çin ərazisi olaraq göstərilir[3]. Çin əsgərlərinin və Tibet çobanlarının Butan ıərazisinə daxil olması ölkədə etizla qarşılanır. Bu zaman Butan Hindistana üz tutur[3][4]. 1962-ci ildə Çin-Hindistan müharibəsi zamanı Butan hökuməti hind ordusunun onun ərazisindən keçməsinə icazə verir. Ancaq hindlilər bu münaqişəni məğlub olduqlarında Hindistanın onu qoruyacağına ümidsizlik yaranır. Bu səbəbdən Bunan Hindistanla münasibətlərdə neytrallığa yönəlir[2][3]. Butan kralının ölkə parlamentindəki rəsmi bəyanatına əsasən Butanın Çinlə dörd mübahisəli ərazisi vardır. Onların ümumi sahəsi 270 km²-dən[2] çoxdur.
1970-cı illərə qədər Çinılə danışıqlarda Butanı Hindistan təmsil edirdi. 1971-ci ildə BMT üzvü seçildikdən sonra Burtan xarici siyasətdə fərli istiqamət götürür[6]. BMT sesiyasında Butan Vahid Çinə səs verir. 1974-cü ildə Ciqme Sinqe Vanqçukun tacqoymasında Çinin Hindistandakı səfiri də dəvət olunur. 1983-cü ildə Nyu-York şəhərində Butan və Çin Xarici İşlər Nazirləri ikitərfli əlaqələr barədə danışıqlar aparırlar. 1984-cü ildə Butan və Çin sərhəd məsələlərinə dair görüş keçirirlər[2][4].
1998-ci ildə Butan və Çin sülh və sərhəddə sakitlik haqqında imzalayırlar. Bu anlaşma iki ölkə arasında ilk müqavilə olur. Müqavilə ilə Çin Butanın ərazi bütovliyinə hörmət etdiyini nümayiş etdirmişdir[2][4][7]. Bununla belə çin 1998-ci ildə əldə edilən anlaşmaya zidd olaraq mübahisəli ərazilərdə yol tikimntisi gerçəkləşdirir. Bundan sonra Butan qəzeti olan Kuenseldə yol tikintisinin gələcək irəliləyişlər üçün zəmin olacağını yazır[4][7]. 2002-ci ildə Çin tərəfi mübahisəli ərazilərin ona məxsus olması barədə faktları ortaya qoyur. Bundan sonra 2002-ci ildə ikitərəfli müvəqqəti müqavilə imzalanır[2].