Buzovna zeytunu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Buzovna zeytunu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Buzovna zeytunu - Qədim mənşəli yerli Azərbaycan zeytun sortudur. Azərbaycan ET Çoxillik Bitkilər İnstitutu tərəfındən Abşerondakı (NardaranBuzovna qəsəbələri) — köhnə zeytun ağacları içərisindən seçilmişdir.

Ağacı iridir. Şarşəkilli, bir qədər dağınıq, srx çətirə malikdir. Budaqları yuxarı qalxmış vəziyyətdədir.

Meyvələri tünd zoğalı rənglidir. Budaqda meyvələr tək-tək, nadir halda iki-iki yerləşir.

Meyvələr saplağa kifayət qədər möhkəm birləşməmiş- lər. Ona görə də meyvələr yarıyetişmiş halda olduqda tökü- lürlər. Meyvənin qabığı bərkdir. Lət meyvənin 87 -88 %-ni təşkil edir.

Yağlılıq 64,2 - 67,5 % təşkil edir.

Meyvələri orta və ya iridir. Meyvənin uzunluğu 2,4 -2,8 sm, diametri 1,9 -2,3 sm, çəkisi 5,5 -7 q arasmdadır.

Çəyirdəyin çəkisi 0,5-0,9 q-dır.

İyunun əvvəlində çiçəkləyir.

Xüsusiyyəti: universal sortdur, orta-gec yetişəndir, Azərbaycan zeytunu sortuna nisbətən daha çox şaxtaya davamlıdır.

Həmçinin bax