Azərbaycan zeytunu

Azərbaycan zeytunu - Azərbaycanın yerli zeytun sortlarından biri.

Azərbaycan zeytunu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ağacı iridir. Hündürlüyü 6,0 m-ə çatır. Çətirin diametri 7,0 m-dir. Dağınıq şarşəkilli çətirə malikdir. Budaqları bir qədər aşağı əyilmiş vəziyyətdədir. Yarpaqlan tünd yaşıl rəngdədir. Yarpağm orta ölçüsü (sm): saplağm uzunluğu - 1,0; yarpağm uzunluğu - 6,8; eni - 1,3.

Meyvələri tam yetişdikdə qara olur. Qısa-oval fonnalıdır, simmetrikdir. Budaqda iki-iki, üç-üç yerləşir.

Meyvənin ləti açıq noxudu rənglidir. Ləti qalın olub, qa-lınlığı 1,7 sm-dir. Lət meyvənin 78,7 %-ni təşkil edir. Tam yetişmə zamanı yağlılıq 68,1- 70,2 % təşkil edir.

Meyvənin uzunluğu 2,2 sm, diametri 1,6 sm, çəkisi 4,7 q-dır. Çəyirdəyi iridir. Çəkisi 1,0 q-dır.

İyunun birinci yarısında çiçəkləyir. Məhsuldarlıq 20 kq-dır.

Xüsusiyyəti: Universal (yağ-konserv) sortdur, gec yetişəndir, şaxtaya davamlıdır.