Cəfər Cəfərov (baş leytenant)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəfər Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 1985
Doğum yeri
Vəfat tarixi 20 iyul 2012(2012-07-20)
Vəfat yeri
Təhsili
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

Cəfər İbrahim oğlu Cəfərov (1985, Cəhri, Babək rayonu20 iyul 2012, Əlibəyli, Tovuz rayonu) — Azərbaycan hərbçisi, baş leytenant, 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı kavaleri.

Həyatı

Cəfər Cəfərov 1985-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdu. İlk təhsilini Cəhri kənd 1 №-li tam orta məktəbində alan şəhid Cəfər Cəfərov 2003-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi.

2009-cu ildə “N” hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlamışdı. Bir qədər sonra motoatıcı bölük komandiri vəzifəsinə təyin olunmuşdu. Hər iki vəzifədə komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirən Cəfər Cəfərov 2010-cu ildə baş leytenant rütbəsi almışdı. Hərbi xidmətdə olduğu qısa müddət ərzində hissə komandirliyinin, zabit yoldaşlarının, əsgərlərin dərin hörmətini qazanmışdı.

Düşmən tapdağında olan torpaqlarımızın geri qaytarılması arzusu ilə yaşayan, 2012-ci il iyul ayının 20-də Tovuz rayonunun Əlibəyli kəndində döyüş tapşırığını yerinə yetirərkən şəhid olan gənc zabitin Vətənimiz qarşısında xidməti əvəzsiz qalmamışdır.

O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medala layiq görülmüşdür[1].

İstinadlar

  1. "Şərq qapısı" qəzeti, 08 may 2013-cü il