Cəhri

CəhriNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[3]

Cəhri
39°20′51″ şm. e. 45°24′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 1.074 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 10.500 nəf. (2015)[1]
Rəsmi dili
Cəhri xəritədə
Cəhri
Cəhri

Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir.[4]

Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur.[5] 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.[6]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Cəhri qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1846 İşıqlar yaşayış yeri[7] III-XVIII əsrlər Cəhri qəsəbəsi Arxeoloji Ölkə
1847 Çalxanqala[8] e.ə. XVII əsr Cəhri qəsəbəsi Arxeoloji Ölkə
1848 Lizbirt yaşayış yeri[9] XIV-XVII əsrlər Cəhri qəsəbəsi Arxeoloji Ölkə
5317 Hamam[10] XIX əsr Cəhri qəsəbəsi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qəsəbə Babək rayonunun mərkəzindən 23 km, Naxçıvan şəhərindən isə 15 km şimalda, Cəhriçayın sahilində, dağətəyi ərazidə yerləşir. Didivar, Nəzərəbad, Şıxmahmud, Payız, Vayxır, Xal-Xal və Şahbuz rayonunun Türkeş, Kəngərli rayonunun Xıncab və Təzəkənd kəndləri ilə qonşudur. Şərq tərəfdən Qızıl dağ, qərb tərəfdən isə Qaş dağları ilə əhatə olunmuşdur. Mineral və şirin sulu bulaqları vardır.

İl Daimi əhali Kişilər Qadınlar
1999[11] 7989 3941 4048
2009[12] ↗9115 ↗4560 ↗4555

Cəhri əhali sayına görə Nehrəmdən sonra Naxçıvan Muxtar Respublikasının ən böyük qəsəbəsidir. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Salahlı, Qarahindi, Cilovxanlı, Dəlmə, Çaybasar kimi qədim, Navkeçən, Qızıldağ, Çimən kimi yeni məhəllələri mövcuddur.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Qəzənfər Əkbərov — Sovet İttifaqı Qəhrəmanı. Naxçıvan Muxtar Respublikasının 3 Sovet İttifaqı Qəhrəmanından biridir.
  • Yusif Qasımov (Səfəralı oğlu)- Böyük Vətən müharibəsi Veteranı.
  • Şəhid Qulam Quliyev (1973-1992)
  • Şəhid Cəfər Cəfərov (baş leytenant) 1985- ci il dekabrın 26-da anadan olub. 2012-ci il 21 iyul tarixində Tovuz rayon Əlibəyli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
  • Namiq Həsənov — Naxçıvan MR Ali Məclisinin sədri 1994-1995. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini 1995-2000-ci illər.
  • Siyavuş Novruzov — Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin İctimai Birliklər və dini qurumlarla iş Komitəsinin Sədri, Qarabağ və Əfqanıstan müharibəsi veteranı, siyasi elmlər üzrə fəlsəfə doktoru.
  • Eldar İbrahimov — Azərbaycanın siyasi xadimi, Azərbaycan Respublikası I, II, III, IV, V çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Komitə sədri, iqtisadi elmlər üzrə elmlər doktoru.
  • Həsən Şirinov — Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru.
  • Hacı Fəxrəddin Səfərli —Tarix elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017), Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı.
  • Vaqif İbrahimov — AMEA-nın müxbir üzvü (2017), Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, professor.
  • Hacı Qadir Qədirzadə — Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.
  • Sərdar Cəlaloğlu — Azərbaycan Demokrat Partiyasının sədri.
  • Kərim Qasımov - Uzun müddət yüsək vəzifələrdə çalışmış, tanınmış ziyalımız.
  • Ziyad Quluzadə - Radio Kino Televiziya üzrə Fəlsəfə elmləri doktoru, Prezident təqaüdçüsü, gənc yazar.
  • Aydın Quliyev — 1993-1997-ci illərdə Naxçıvan MR Ali Məclisində şöbə müdiri, Ali Məclis sədrinin müşaviri, Bakı-Xəbər qəzetinin təsisçisi və baş redaktoru, siyasətçi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən heyvandarlıq, taxılçılıq, tərəvəzçiliklə məşğul olur. Dəyirman, bir neçə çörək və mebel sexləri mövcuddur.

Qəsəbədə 1 kitabxana, 2 rabitə şöbəsi fəaliyyət göstərir.

Qəsəbədə Cəhri qəsəbə 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.[13]

Cəhridə ilk dünyəvi məktəb 1885-ci ildə təsis edilmişdir. 1970-ci ildən Cəhridəki 1 nömrəli tam orta məktəb cəhrili Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərovun adını daşıyır.

Bundan başqa qəsəbədə 1 uşaq musiqi məktəbi də fəaliyyətdədir.

Cilovxanlı məscidi

Qəsəbədə 3 məscidi, 2 mərasim evi var. Cəhri xəstəxanası 1892-ci ildə əsası qoyulmuş və 1904-cü ildə 6 çarpayılıq sahə xəstəxanasına çevrilmişdir.[14]

Qəsəbədə xəstəxana mövcuddur.

  1. 1 2 http://www.serqqapisi.az/index.php/humanitar/sosial/7480-shaehaerlaeshaen-kaendlaerimiz-dzaehri.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. Cəhri // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  5. "Arxivlənmiş surət" (PDF). 2021-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-01-23. (#redundant_parameters); (#redundant_parameters)
  6. "Babək qəsəbəsinə şəhər, Nehrəmə qəsəbə statusu verildi". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  9. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  10. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  11. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
  12. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 36". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  13. "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  14. "Arxivlənmiş surət". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]