Cəmilə Həsənzadə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəmilə Həsənzadə
Doğum tarixi 7 dekabr 1947(1947-12-07) və ya 1947[1]
Doğum yeri
Vəfat tarixi 27 avqust 2022(2022-08-27)
Vəfat yeri
Elm sahəsi sənətşünaslıq
Elmi dərəcəsi
Elmi adı

Cəmilə Yusif qızı Həsənzadə (7 dekabr 1947 və ya 1947[1], Bakı27 avqust 2022, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, professor, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi.[2]

Həyatı

Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ. Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir, 1983-cü ildən N. Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib.[3]

1976-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi.

1983-cü ildə SSRİ-ı toplularında XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.[3]

Azərbaycan, rus, fransız, ingilis dillərini bilirdi.[4]

Yaradıcılığı

Kitablar

  • Müxtəsər incəsənt tarixi (1999)
  • "Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı" monoqrafiyası (1999)
  • Тебризская школа в контексте мусульманской миниатюрной живописи (XIV - I половина XVI вв.).
  • Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlıq. Elmi red.: K. C. Kərimov; Rəyçilər: N. İ. Rzayev.- B.: Nafta-Press, 2001.- 195 s.
  • Təbrizin sehrli nağılları (2014)[5]

Məqalələr

“Yarasa”“Ad günü” Azərbaycan filmlərini fransız dilinə tərcümə etmişdir.[6]

Filmoqrafiya

  1. Dünəni yaşadan sənət (film, 2004)

İstinadlar

  1. 1 2 Deutsche Nationalbibliothek Record #115045685X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ""Təbrizin sehrli nağılları" kitabının müəllifi vəfat etdi". Qafqazinfo (az.). 2022-08-27. 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. 1 2 "Məşhur "Təbrizin sehrli nağılları" kitabının müəllifi vəfat edib". Report İnformasiya Agentliyi (az.). 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. ""Təbrizin sehirli nağılları"nın müəllifi vəfat edib". Apa.az (az.). 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. ""Təbrizin sehrli nağılları" kitabının müəllifi vəfat edib". VOA (az.). 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "Cəmilə Həsənzadə: ""Mona Liza" zəhləmi tökmüşdü"". Kulis.az (az.). 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Həmçinin bax