Cənubi Afrika Milli müdafiə qüvvələri

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cənubi Afrika Respublikasının Milli Müdafiə qüvvələri
ing. South African National Defence Force
Qurulub 1994
Cari forma 1994dən
Rəhbərlik
Ali Baş Komandan Siril Ramafosa
Müdafiə Naziri Nosivive Mapisa-Nqakula
Canlı qüvvə
Aktiv kadr 78,707
Xərclər
Büdcə 4,278 mlrd.
ÜDM faizi 1,3%(2016)

Cənubi Afrika Respublikasının Milli Müdafiə Qüvvələri (abr. CARMMQ; ing. South African National Defence Force, SANDF) — Cənubi Afrika Respublikasının dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaqla səlahiyyətli hərbi təşkilat. Quru, hərbi dəniz, hərbi hava qüvvələrindən və hərbi tibbi xidmətdən ibarətdir.

Yaranması

CAR Milli Müdafiə qüvvələri 1994-cü ildə aparteid siyasətindən sonra konstitusiya edilən dəyişikliyə əsasən yaradıldı. Bu qurum sələfi Cənubi Afrika Müdafiə Qüvvələrini (ing. South African Defence Force) əvəz etdi.