Cənubi Qafqaz canavargiləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cənubi Qafqaz canavargiləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cənubi Qafqaz canavargiləsi (lat. Daphne transcaucasica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü.

Ümumi yayılması

Cənubi Qafqaz, Türkiyə və İranda təbii arealı vardır.

Azərbaycanda yayılması

Təbii halda Naxçıvan MR Şərur (Qaraquş d.), Culfa (Nəhərcik, Göynük k.) Ordubad (Parağa k.) və Göyçay rayonlarında rast gəlinir.

Statusu

Azərbaycanın nadir bitkisidir. VU D2.

Bitdiyi yer

Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir.

Təbii ehtiyatı

Azərbaycanda arealı geniş deyildir. Bioloji xüsusiyyətləri: Təbiətdə qısaboylu, çoxlu budaqları olan kol bitkisidir. Budaqlarının rəngi bozumtulqonur rəngdə olur. Canavargiləsinin yarpaqları ellipsşəkilli və ya uzunsov neştərşəkilli olur. Yarpaqlarının uzunluğu 0,5–2,5 sm, eni isə 0,4–0,7 sm arasında ola bilir. Yarpaqlarının üst hissəsi seyrək ipək tüklü, alt hissəsi isə uzunsov ağ tüklüdür. Ləçəklər ağ və ya çəhrayı rəngdə olur. Bitkidə çiçəklərin sayı 3–5 arasında olmaqla zoğların uc hissəsində yerləşir. Yumurtalıqlar tükcüklü olub, uzunsovdur çəhrayı və ya qırmızı rəngdə olur. Bitki may-iyun ayları arasında çiçək açır və avqust ayında isə meyvə verir.

Çoxalması

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.

Zəruri qoruma tədbirləri

Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Sinonimləri

Homotipik sinonimləri

  • Daphne oleoides subsp. transcaucasica (Pobed.) Halda

İstinadlar

Həmçinin bax