Canon
Canon | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | İctimai şirkət |
Sənaye | elektronika |
Məhsulları |
Fotokamera Printer Lenslər Scannerlər |
Təsis tarixi | 10 avqust 1937 |
Baş qərargahın yeri | Yaponiya, Tokio |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲4,481,346 milyon Yen (2007) |
Struktur | |
İşçi sayı | 23,429 (2008) |
Rəhbərlik | |
Təsisçilər |
Takeşi Mitarai Goro YoshidaSaburo Uchida Takeo Maeda |
Canon.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır.
Tarixi
Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır. Sonradan dini təşkilatların iradlarından uzaq olmaq və şirkətə daha müasir ad vermək üçün 26 iyun 1935-ci ildə Utida “Canon” ticarət nişanını və loqotipini qeydiyyatdan keçirmişdir.
Ədəbiyyat
- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.