Cavad Derəxti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cavad Derəxti
Doğum tarixi
Doğum yeri Təbriz
Mükafatları "Tərəqqi" medalı — 2006

Cavad DerəxtiDünya Azərbaycanlıları Konqresinin sədri[1].

Həyatı

Cavad Derəxti 1951-ci ildə Təbriz şəhərində anadan olub[1]. 1981-ci ildə Ankara Hacıtepe Universitetinin Mikrobiologiya fakültəsini bitirib. 1987-ci ildə İsvecə mühacirət edib. Hazırda Cənubi İsvecin meşə təsərrüfatı departamentində mikrobioloq-tədqiqatçı kimi çalışır. İsvec Sosial Demokrat Partiyasının uzvudur. 1988-ci ildə İsvecdə yaradılan ilk diaspor təşkilatlarından biri olan "Araz" cəmiyyətinin yaradıcısıdır. 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilmiş Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü olub və DAK-ın III, IV, V, VI, VII, VIII qurultaylarında Dunya Azərbaycanlıları Konqresinin sədri seçilib. Cavad Deraxtinin rəhbərliyi altında Dunya Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərini dunya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər gorub, Azərbaycan xalqının problemlərinin beynəlxalq təşkilatların diqqətinə catdırılmasında geniş fəaliyyət gostərib[1].

Mükafatları

2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub[1].

İstinadlar

  1. 1 2 3 4 "Azərbaycan dövləti tərəfindən təltif edilən diaspor nümayəndələri" (az.). olaylar.az. 18.03.2013 17:53. 2014-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.

Həmçinin bax