"Tərəqqi" medalı

"Tərəqqi" medalıAzərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib.

"Tərəqqi" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip Medal
Təltif edir
Status təqdim olunur
Statistika
Təsis tarixi 10 noyabr 1992
Ardıcıllıq
Yüksək mükafat "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı[1]
Aşağı mükafat "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi.

1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə;
1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə;
1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə;
1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə;
1.5. Bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə.
2. "Tərəqqi" medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda "İgidliyə görə" medalından sonra taxılır.[2]

"Tərəqqi" medalının təsviri Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edilmişdir.

"Tərəqqi" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 36 mm diametrli dairəvi lövhədir, kənarları yaşıl minalı hərəkət simvollu haşiyələrdən ibarətdir.
Medalın mərkəzində çiçəklənmə rəmzi təsvir olunmuşdur və onun üzərində çevrə boyunca "TƏRƏQQİ" sözü yazılmışdır. Gül təsviri və yazı qabarıqdır.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə yaşıl çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin sağ və sol kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm, 2 mm və 1 mm enində göy rəngli üç şaquli zolaq yerləşir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü bürünc rəngli təbəqə bərkidilir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

1993 22 aprel 2009-cu ilədək 22 may 2009-cu ildən
Lent
  1. 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
  2. "Azərbaycan Respublikasının "Tərəqqi" medalının ƏSASNAMƏSİ". 2024-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-03.