Cavanşir Carçıyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cavanşir Carçıyev
Cavanşir Əsgər oğlu Carçıyev
bayraq
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
 – 22 avqust 1993
SonrakıNəsimi Şahmalıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1952
Doğum yeri
Vəfat tarixi 1994
Partiya

Cavanşir Əsgər oğlu Carçıyev — Qazax rayonu İcra hakimiyyətinin sabiq başçısı[1]

Carçıyev Cavanşir 1952-ci il yanvarın 5-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Neft-Kimya institutunu bitirdikdən sonra təyinat yerinə işləməyə gedərək 1979-cu ilədək Qorki vilayətinin Vıksa şəhərində elektrik idarəsində usta vəzifəsindən idarənin rəisi vəzifəsinə qədər yüksəlib. 1979–1981-ci illərdə Gəncə elektrik quraşdırma idarəsində baş iş icraçısı və başqa illərdə müxtəlif vəzifələrdə işləyib.

Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan illərdə öncüllərdən biri olub. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin Qazax rayon şöbəsinin İdarə heyətinin üzvü, AXCP-nin hakimiyyəti illərində, Müharibənin ən qızğın dövründə Qazax Rayon İcra Başçısı vəzifəsində çalışıb. 1994-cü ildə faciəvi şəkildə dünyasını dəyişib.[2]

İstinadlar

  1. N. H. Şahmalıyevin Qazax rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və C. Ə. Carçıyevin həmin vəzifədən azad edilməsi haqqında Arxivləşdirilib 2023-07-05 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 22 avqust 1993-cü il tarixli, 730 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  2. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.

Həmçinin bax