Cim Kamminqs

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cim Kamminqs
ing. Jim Cummings
Doğum adı James Jonah Cummings
Doğum tarixi 3 noyabr 1952(1952-11-03)[1] (71 yaş)
Vətəndaşlığı
Fəaliyyəti aktyor, dublyaj aktyoru, müğənni, səsləndirmə aktyoru[d]
Fəaliyyət illəri 1984-cü ildən
IMDb ID0191906
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Cona (Cim) Kamminqs (ing. James Jonah «Jim» Cummings; 3 noyabr 1952[1]) — ABŞ səs aktyoru. Filmoqrafiyasında 500-dən çox layihəsi var. İki Enni mükafatının qalibi, iki dəfə Emmi mükafatına namizəd.

"Vinni-Puxun Yeni macəraları"ndan (1988–1991) bəri əksər "Disney" layihələrində Vinni-PuxTiggerin səs aktyoru olmuşdur. O, "Ələddin ", "Kral şir", "Pokahontas", "Balto", "Anastasiya", "Şrek", "Qnomeo və Cülyetta" kimi tammetrajlı cizgi filmlərinin işində iştirak etmişdir.

Həyatı

Kamminqs Nyu-Orleana köçdükdən sonra karnaval kortejlərini boyamış, çay estakadasında işləmiş və yerli rok qrupunda ifa etmişdir. O, evləndikdən sonra Kaliforniyanın Anahaym şəhərinə köçmüş, 1980-ci illərin əvvəllərində burada bir video mağazası işlətmişdir. 1984-cü ilin sonlarında səs aktyoru kimi debüt etmişdir. Kamminqin 2011-ci ildə boşandığı Stefani Kamminqsdən iki qızı var.[2]

İstinadlar

  1. 1 2 Jim Cummings // SNAC (ing.). 2010.
  2. "At work, Jim Cummings is quite the characters" (ingilis). www.vcstar.com. 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-11.