Cladochaeta candidissima

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cladochaeta candidissima
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cladochaeta candidissima (lat. Cladochaeta candidissima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin cladochaeta cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

Çoxillik, (4) 15-40 sm hündürlükdə, ağ, parıldayan sıxılmış keçətüklü bitkidir. Çoxsaylı gövdələri sıx yarpaqlanmışdır, aşağı hissədə sərilmişdir. Yarpaqları 7-10 mm uzunda, bir qədər ətli, oturaq, uzunsov kürəkvaridir. Səbətləri tərskonusvari, qalxanvari şəklində sıx yığılmışdır. Sarğının yarpaqcıqları ağ keçəvari, sarıtəhər rəngdədir. Çiçəkləri sarı rənglidir. Toxumcaları 2 mm uzunda, dar uzunsov, mixəyi, çılpaqdır; kəkili ağ, toxumcadan 3 dəfə uzundur.

Yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Çay vadilərində, çınqıllıqlarda və dənizkənarı qumluqlarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Sinonimləri

  • Cladochaeta velutina Anderb.
  • Gnaphalium candidissimum M.Bieb.
  • Helichrysum candidissimum Loudon

İstinadlar

Həmçinin bax