Dürrə Məmmədova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dürrə Məmmədova
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1923(1923-12-25)
Doğum yeri
Vəfat tarixi 31 avqust 2005(2005-08-31) (81 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Rütbəsi Baş leytenant
Təltifləri "Qırmızı ulduz" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Florens Naytingel" medalı
"Azərbaycan SSR əməkdar səhiyyə işçisi" fəxri adı — 1981

Dürrə Əlabbas qızı Məmmədova-KosmodemyanskayaII Dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981).[1]

Həyatı

Dürrə Məmmədova 25 dekabr 1923-cü ildə Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəkidəki Nuxa Əczaçılıq Texnikumunu bitirib. Bu zaman Dürrə xanımın 17 yaşı varidi. Müharibənin ilk günlərindən o, könüllü cəbhəyə gedərək, Qara Dəniz Donanmasında 43 №-li hərbi hospitalda xidmət etmişdir. Dürrə xanım Novorossiysk şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə 18-ci Ordunun tərkibində tibb işçisi kimi iştirak etmiş, 1948-ci ildə ordudan tərxis olunmuşdur. O, 1949–1951-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq), 1951–1961-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib. 1961-ci ildən Bakıda, Baş Aptekler İdarəsi sistemində çalışıb.

Mükafatları

İstinadlar

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.