Azərbaycan SSR əməkdar səhiyyə işçisi

Azərbaycan SSR əməkdar səhiyyə işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәһијјә ишчиси) — Azərbaycan SSR-də səhiyyə sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.

Azərbaycan SSR əməkdar səhiyyə işçisi
Азәрбајҹан ССР әмәкдар сәһијјә ишчиси

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Kimə verilir səhiyyə qabaqcıllarına
Status verilmir
Statistika
Təsis tarixi 16 mart 1978

Tarixi və əsasnaməsi

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan SSR əməkdar səhiyyə işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 mart 1978-ci il tarixli fərmanı ilə təsis olunmuşdur.[1][2]

Fəxri ad Azərbaycanın SSR-də sanitariya-epidemiologiya xidməti idarələrinin, müalicə-profilaktika, sağlamlıq müəssisələrinin, tibbi ekspertizaların, elmi-tədqiqat institutlarının, laboratoriyaların, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının, səhiyyə orqanlarının bu sistemdə azı 15 il qüsursuz işləyən, xalq səhiyyəsi və respublikanın əhalisinə tibbi xidmət sahəsində böyük müvəffəqiyyətlər qazanan, ictimai həyatda fəal iştirak edən yüksək ixtisaslı işçilərə verilirdi.[1]

  1. 1 2 «Азәрбајҹан ССР әмәкдар сәһијјә ишчиси» фәхри адынын мүәјјән едилмәси һаггында Азәрбайҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. № 189 (12355). 17 март 1978-ҹи ил. С. 4.
  2. Фәхри ад // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 540–541.