Düzləçəkli ətirşah

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Düzləçəkli ətirşah — (lat. Geranium platypetalum)

Qısa morfoloji təsviri

Çoxillik bitkidir. Gövdəsi yarpaqların saplaqları kimi uzun və yumşaq uzanmış ağ tükcüklü, 30–60 sm hündürlükdədir. Yarpaqları incə, sıx tükcüklü; kökətrafı yarpaqlar uzun saplaqlı, düzolmayan böyrəkvari-yumru, tərsyumurtavari 2/3 — ə qədər hissələrə bölünmüş, üst hissədən üçqatbölünmüş və dişli, gövdə yarpaqları 5–7 bucaq şəkillidir. Çiçək saplağı uzun yumşaq tüklərlə örtülü, düz, 2 çiçəklidir. Çiçəkaltlığı xətvari-lansetvaridir. Kasa yarpaqları 8–10 mm uzunluqda, lansetvari, beli tükcüklüdür. Ləçəkləri 18–20 mm uzunluqda, albənövşəyi, enli tərsürəkvari, əsasında pazvari, kənarları qeyri-bərabər və ya zəif çıxıntılıdır. Meyvənin tayları tükcüklüdür.[1]

Yayılması

BQ qərbi hissəsinin rayonlarında orta (nadir hallarda) və yuxarı dağ qurşaqlarında yayılmışdır. Dağ çəmənləri, əsasən subalp çəmənlərində bitir.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950–1961, Т. I–VIII.