Dəlinmiş yarğanotu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Thlaspi perfoliatum L. = Microthlaspi perfoliatum (L.) F. K. Mey.

Qisa morfoloji xüsusiyyətləri

Hündürlüyü 3–30 sm olan, çılpaq, göyümtülyaşıl rəngli, birillik ot bitkisidir.

Yarpaq

Gövdə yarpaqları tamkənarlıdır, gövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır. Kökətrafı yarpaqları saplaqlıdır.

Çiçək

Ləçəkləri ağ rəngdədir, kasacıqdan iki dəfə uzundur. Qınları əksinəyumurtaşəkillidir, qanadları dairəvi olub, damarlanması aydın seçilmir.

Çiçəkləməsi

Aprel-May

Meyvə verməsi

May-İyun

Azərbaycanda yayılması

Abşer., Qob., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Nax., Lənk., Muğ. Ovalıqdan, orta dağ qurşağına qədər.

Yaşayış mühiti

Çəmənlərdə, kollar arasında, alaqlı və çaqıl daşlı yerlərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Azərbaycanın yerli əhalisi onun cavan yarpaqlarından vəzəri bitkisi kimi istifadə edir.

Mənbə

[1]

İstinadlar

  1. Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016