Dəlinmiş yarğanotu

Thlaspi perfoliatum L. = Microthlaspi perfoliatum (L.) F. K. Mey.

Qisa morfoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3-30 sm olan, çılpaq, göyümtülyaşıl rəngli, birillik ot bitkisidir.

Yarpaq[redaktə | mənbəni redaktə et]

Gövdə yarpaqları tamkənarlıdır, gövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır. Kökətrafı yarpaqları saplaqlıdır.

Çiçək[redaktə | mənbəni redaktə et]

Ləçəkləri ağ rəngdədir, kasacıqdan iki dəfə uzundur. Qınları əksinəyumurtaşəkillidir, qanadları dairəvi olub, damarlanması aydın seçilmir.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

Aprel-May

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

May-İyun

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Abşer., Qob.,BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Nax., Lənk., Muğ. Ovalıqdan, orta dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Çəmənlərdə, kollar arasında, alaqlı və çaqıl daşlı yerlərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycanın yerli əhalisi onun cavan yarpaqlarından vəzəri bitkisi kimi istifadə edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016