Dəmirli yaşayış yeri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

DəmirliNaxçıvan Muxtar Respublikası Culfa rayonu ərazisində Erkən Orta əsrlərə aid yaşayış yeri.

Haqqında

Culfa rayonunun Ləkətağ kəndinin şimalında yaşayış yeri. Dəmirliçayla Bərxudarçayın qovuşuğunda yerləşir. Yaşayış yerinin böyük hissəsi Dəmirliçayın sağ sahilini əhatə edir. Abidənin ərazisində dördkünc və dairəvi formalı binaların qalıqları izlənməkdədir. Yerüstü materiallar olduqca azdır. Bəzi hissələrdə iri daşlardan hörülmüş, xalq arasında "kələk" adlandırılan tikintilərin qalıqları mövcuddur. Tədqiqatlara əsasən demək olar ki, yaşayış yeri yarımköçəri maldar tayfaların yurd yeri olmuşdur. Aşkar olunmuş arxeoloji materiallar Son Antik və Erkən Orta əsrlərə aiddir. Yaşayış yerini I-VII əsrlərə aid etmək olar[1].

İstinadlar

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 79.