Dəstəyarpaq qoyunboğan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dəstəyarpaq qoyunboğan
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dəstəyarpaq qoyunboğan
Beynəlxalq elmi adı
  • Lysimachia verticillaris

Dəstəyarpaq qoyunboğan (lat. Lysimachia verticillaris Spreng.) — Hündürlüyü 30-100 sm, gövdəsi düzduran, sadə və ya budaqlanmış olan çoxillik ot bitkisidir. Sürünən şaxələnmiş kökümsovlu, vəzili-tüklərlə örtülmüş çoxillik ot bitkisidir.

Yarpaq

Yarpaqları çiçək köbəsində 3-4 ədəd olmaqla düzülmüşdür, yumurtavari-uzunsovdur, küttəhər və ya bəzən sivritəhərdir, alt tərəfdən yumşaq tüklüdür, qismən çox uzun və ya qısa (1-2 sm) saplaq üzərindədir.[1]

Çiçək

Çiçəkləri saplaq üzərindədir, yarpaqların qoltuğunda yarım çiçək köbələrilə toplanmış və çox vaxt onları ötüb keçir. Çiçəkaltlığı yoxdur. Tac sarı rəngdədir; onun payları yumurtaşəkilli, kənarları vəzili-kirpiklidir.

Meyvə

Qutucuq şarşəkilli, kasacıqdan qısadır. Toxumları üçtilli olub, qaradır.

Çiçəkləməsi

May

Meyvə verməsi

May-Avqust

Azərbaycanda yayılması

BQ (Quba), Samur-Şabran oval., BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax.-dağ. Yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti

Meşələrdə, kolluqlar arasında, rütubətli yerlərdə, çayların sahilində rast gəlinir.

İstinadlar

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016