Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqalə qaralama halındadır. |
Lysimachia verticillaris Spreng.
Hündürlüyü 30-100 sm, gövdəsi düzduran, sadə və ya budaqlanmış olan çoxillik ot bitkisidir. Sürünən şaxələnmiş kökümsovlu, vəzili-tüklərlə örtülmüş çoxillik ot bitkisidir.
Yarpaqları çiçək köbəsində 3-4 ədəd olmaqla düzülmüşdür, yumurtavari-uzunsovdur, küttəhər və ya bəzən sivritəhərdir, alt tərəfdən yumşaq tüklüdür, qismən çox uzun və ya qısa (1-2 sm) saplaq üzərindədir.[1]
Çiçəkləri saplaq üzərindədir, yarpaqların qoltuğunda yarım çiçək köbələrilə toplanmış və çox vaxt onları ötüb keçir. Çiçəkaltlığı yoxdur. Tac sarı rəngdədir; onun payları yumurtaşəkilli, kənarları vəzili-kirpiklidir.
Qutucuq şarşəkilli, kasacıqdan qısadır. Toxumları üçtilli olub, qaradır.
May
May-Avqust
BQ (Quba), Samur-Şabran oval., BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax.-dağ. Yuxarı dağ qurşağına qədər.
Meşələrdə, kolluqlar arasında, rütubətli yerlərdə, çayların sahilində rast gəlinir.