Diana boğazı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Diana boğazı
rus. Дианы (Пролив)
Ümumi məlumatlar
Eni minimum 20 km
Uzunluğu 15 km
Ən böyük dərinliyi 500 m
Yerləşməsi
47°15′00″ şm. e. 152°20′00″ ş. u.
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Şimuşir adasını Ketoy adasından
Diana boğazı xəritədə
Diana boğazı
Diana boğazı

Diana boğazı (rus. Дианы пролив) — Sakit okeanına daxil olan Şumişir adasını Ketoy adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 20 km təşkil edir. Dərinliyi 500 m-ə çatır[1].

Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severo-Zapadnıy, Sovetskıy, Storojevoy, Otvestnıy (Şimuşir) və Lejbişnıy, Monolitnıy, Onruqlıy (Ketoy) burunları vardır. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın şimal sahillərində çoxlu sualtı və suüstü daşlar vardır. Boğazın cənubunda Brout, şimalında isə Diana və Yujnıy buxtası vardır. Boğaza adı kapitan-leytenant Vasili Mixayloviç Qolovinin rus. Дианы gəmisinin şərəfinə adlandırılmışdır. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.

İstinad

  1. "Topoqrafik xəritə". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.