Oxot dənizi — Sakit okeanın şimal-qərb hissəsində, Rusiya və Yaponiya sahillərində yerləşən dəniz. Oxot dənizi Kamçatka yarımadası, Kuril adaları, Saxalin adası, Hokkaydo adası ilə Avrasiya materiki arasında yerləşmişdir. Onun sahəsi 1,583,000 km²,orta dərinliyi 859 metr, ən dərin yeri isə 3372 metr-dir. Hokkaydo adasından başqa, Oxot dənizinin bütün hissələri Rusiya Federasiyasının nəzarəti altındadır. Lakin, Yaponiya dənizin cənub hissəsində yerləşən Kuril arxipelağına, daha dörd qayalıq — Kunaşir, İtirup, Şikotan, Habornay qayalıqları da, daxil olmaqla öz ərazi iddialarını irəli sürür. Yaponiya onları özünün Şimal Əraziləri adlandırır.[1]
Oxot dənizi | |
---|---|
Охотское море | |
| |
Ümumi məlumatlar | |
Tip | Adalar arası |
Sahəsi | 1603000 km² |
Həcmi | 1,316,000 km³ |
Uzunluğu | 2265 km |
Eni | 1407 km |
Dərin yeri | 3916 m |
Tökülən çay | Amur |
Yerləşməsi | |
54°16′07″ şm. e. 148°34′26″ ş. u.HGYO | |
Ölkələr | |
Yerləşməsi | Şimal-Şərqi Asiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dənizin materik sahillərinin çox hissəsi yüksək qayalıqlardan ibarətdir və Amur, Tuğur, Uda, Qziqa və Penjina çayları vasitəsilə kəsilmişdir. Ən böyük körfəzi Şelixovdur.
Oxot dənizi Şərqi Asiyanın ən soyuq dənizidir.
Oxot dənizi dünyanın ən çox bioloji ehtiyatlarının cəmləşmiş olduğu dənizlərdən biridir.
Şərqi Rusiyanın daimi gəmiçilik əlaqləri bu dəniz vasitəsilə həyata keçirilir.
Sakit okeanın Rusiya dənizçiləri tərəfindən ilk tədqiq olunan hissəsi Oxot dənizidir. 1787-ci ildə Fransa dənizçiləri Jean-François de Galaup, Count de La Pérouse dənizin şimal istiqamətində üzərək sonradan Laperuz boğazı adlandırılan boğazdan keçərək Kamçatka yarımadsına çatdılar. Rusiya tədqiqatçısı Adam Cohan Kruzenştren də, XIX əsrin əvvəlində bu istiqamətdə üzdü. 1949-cu ildə Sovet tədiqat gəmisi Vityaz, dənizin müasir okeanoloji tədqiqatının əsasını qoydu. Dənizin hazırkı dövrdə tədqiqatı Rusiya alimləri tərəfindən davam etdirilir.[2]