Didivarlılar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Didivarlılartürk tayfası

Tarixi

Kəngər tayfasından (bax kəngərlər) olmuşlar. XVIII əsr-XIX əsrin ortalarına aid bəzi mənbələrdə Naxçıvan mahalında yaşayan kəngər mənşəli bir sıra qol və tirələrin içərisində Didivarlıların da adı çəkilir. Azərbaycan hökmdarı Nadir şah Əfşarın hakimiyyəti dövründə(1736-1747) inzibati cəhətdən Naxçıvandakı Didivarlılara öz aralarından çıxmış vəkil və ağsaqqallar rəhbərlik edirdilər. Naxçıvan diyarının və Dərələyəz mahalının bir sıra kəndində yaşamış Didivarlılar maldarlıqla məşğul olmuşlar. Babək rayonundakı Didivar kəndinin adı Didivarlılarla əlaqədardır.

Mənbə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 105-106. ISBN 5-8066-1468-9.