Dmitri Loban

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dmitri Loban
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 3 may 1981(1981-05-03) (43 yaş)
Doğum yeri
İdman növü Biatlon

Dmitri Valentinoviç Loban (belar. Дзмітрый Валянцінавіч Лобан; doğ. 3 may 1981) — Belarus paralimpyaçısı. Xizəksürməbiatlon idmanı üzrə Paralimpiadanın bürünc mükafatçısı (Vankuver). Phençhan Paralimpiyadasının iki qat gümüş mükafatçısı. Dünya Kubokunun sahibi. Lidiya Dmitrevnanın həyat yoldaşı. LW12 kateqoriyasında çıxış edir[1].

Bioqrafiyası

Brest vilayətinin Qonçarı kəndində anadan olmuşdur.[2] Peşə məktəbini bitiridikdən sonra inşaatçı işləyib və kənd təsərrüfatı işləri ilə məşğul olub. 22 yaşında qatar altına düşmüş və həkimlər ayaqlarını dizdən aşağı amputasiya etməyə məcbur olmuşlar.[3] Əlillərin Minsk idman və reabilitasiya mərkəzində aparılan reabilitasiya proqramından sonra Dmitri əlil arabası ilə rəqsilə məşğul olmağa başladı və hətta ölkə çempionu belə oldu.[4][5]

Daha sonra Dmitri əlil arabalarının yarışları ilə məşğul oldu və Belarusiyada ən güclü oldu.[5] 2007-ci ildə isə xizək sürməyə maraq göstərdi. İlk yarışda 40 iştirakçı arasında 12-ci yeri tutdu. Finlandiyada keçirilən dünya çempionatında iki dəfə 4-cü yeri tutdu.

2010-cu ildə ilk dəfə Fransada xizək sürmə üzrə Dünya Kuboku mərhələsində qələbə qazandı. Vankuverdəki Paralimpiya Qış Oyunlarında isə xizək sürmə üzrə ilk mükafatını - 10 km-lik klassik üslubda yarışda bürünc medal qazandı.[6]

2014-cü ildə Soçidə keçirilən oyunlarda Yuri Buzanovun rəhbərliyi altında təlim keçən Dmitri, xizək sürmə və biatlon yarışlarında çıxış etdi. Sprintində 1 km məsafədə çıxış etdi, lakin yarımfinala belə düşə bilmədi. 10 km xizək məsafəsində 11-ci yeri tutdu və beləliklə xizək yarışında mükafatsız qaldı.

2018-ci ildə keçirilən Olimpiya Oyunlarında Belarusiya Paralimpiya komandasının kapitanı olan Dmitri 7.5 km-lik biatlon yarışında gümüş medal qazandı.[7]

İstinadlar

  1. "Беларусь на зимней Паралимпиаде представят 15 спортсменов (фото)" (rus). Министерство спорта и туризма Республики Беларусь. 2018-02-28. 2018-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-25.
  2. Дмитрий Комашко. "Дмитрий Лобан: быть, а не ныть" (rus). Беларусь Сегодня. 2018-04-07. 2018-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
  3. Sitat səhvi: Yanlış <ref> teqi; SovietBelarus2 adlı istinad üçün mətn göstərilməyib
  4. Sitat səhvi: Yanlış <ref> teqi; SovietBelarus3 adlı istinad üçün mətn göstərilməyib
  5. 1 2 Дмитрий Лобан: «Живу ожиданиями стартов» Arxivləşdirilib 2019-04-13 at the Wayback Machine  (rus.)
  6. "Dzmitry Loban competes in his 3rd Winter Paralympics". 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-11. (#invalid_param_val)
  7. Уроженец Брестчины Дмитрий Лобан завоевал серебро на Паралимпийских играх в Пхенчхане Arxivləşdirilib 2019-04-13 at the Wayback Machine  (rus.)