Dmitri Valentinoviç Loban (belar. Дзмітрый Валянцінавіч Лобан; doğ. 3 may 1981) — Belarus paralimpyaçısı. Xizəksürmə və biatlon idmanı üzrə Paralimpiadanın bürünc mükafatçısı (Vankuver). Phençhan Paralimpiyadasının iki qat gümüş mükafatçısı. Dünya Kubokunun sahibi. Lidiya Dmitrevnanın həyat yoldaşı. LW12 kateqoriyasında çıxış edir[1].
Dmitri Loban | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 3 may 1981 (43 yaş) |
Doğum yeri |
|
İdman növü | Biatlon |
Brest vilayətinin Qonçarı kəndində anadan olmuşdur.[2] Peşə məktəbini bitiridikdən sonra inşaatçı işləyib və kənd təsərrüfatı işləri ilə məşğul olub. 22 yaşında qatar altına düşmüş və həkimlər ayaqlarını dizdən aşağı amputasiya etməyə məcbur olmuşlar.[3] Əlillərin Minsk idman və reabilitasiya mərkəzində aparılan reabilitasiya proqramından sonra Dmitri əlil arabası ilə rəqsilə məşğul olmağa başladı və hətta ölkə çempionu belə oldu.[4][5]
Daha sonra Dmitri əlil arabalarının yarışları ilə məşğul oldu və Belarusiyada ən güclü oldu.[5] 2007-ci ildə isə xizək sürməyə maraq göstərdi. İlk yarışda 40 iştirakçı arasında 12-ci yeri tutdu. Finlandiyada keçirilən dünya çempionatında iki dəfə 4-cü yeri tutdu.
2010-cu ildə ilk dəfə Fransada xizək sürmə üzrə Dünya Kuboku mərhələsində qələbə qazandı. Vankuverdəki Paralimpiya Qış Oyunlarında isə xizək sürmə üzrə ilk mükafatını - 10 km-lik klassik üslubda yarışda bürünc medal qazandı.[6]
2014-cü ildə Soçidə keçirilən oyunlarda Yuri Buzanovun rəhbərliyi altında təlim keçən Dmitri, xizək sürmə və biatlon yarışlarında çıxış etdi. Sprintində 1 km məsafədə çıxış etdi, lakin yarımfinala belə düşə bilmədi. 10 km xizək məsafəsində 11-ci yeri tutdu və beləliklə xizək yarışında mükafatsız qaldı.
2018-ci ildə keçirilən Olimpiya Oyunlarında Belarusiya Paralimpiya komandasının kapitanı olan Dmitri 7.5 km-lik biatlon yarışında gümüş medal qazandı.[7]
<ref>
teqi; SovietBelarus2
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; SovietBelarus3
adlı istinad üçün mətn göstərilməyib