Dmitri Qulia körpüsü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dmitri Quliya körpüsü
gürc. დიმიტრი გულიას ხიდი
Keçid avtomobillər və piyadalar üçün
Material dəmir-beton
Açılışı 1961

Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir.

Yerləşir

Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri.

Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır.

Adı

İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir.

Tarixi

Körpü 1959-1961-ci illərdə inşa edilmişdir. Körpünün layihəsi mühəndis Q. Çubabriya və Dididze tərəfindən verilmişdir.

Konstruksiya

Dəmir-beton konstruksiyalı körpüdür. Körpü həm avtomobillərin həm də piyadaların hərəkəti üçün hesablanmışdır. Avtomobillərin hərəkəti üçün körpü dörd zolaqlıdır. Körpünün hərəkət istiqamətinin altında kanalizasiya kolektri keçir[1].

İstinadlar

  1. Архитектурный ансамбль мостов Тбилиси, 1975, с. 72.