Don Balón

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Don Balón
Baş redaktor Editorial Don Balón, S.A.
Növ Həftəlik
Təsisçi Xuan Karlos Kasas
Təsis tarixi 7 Oktyabr 1975
Nəşrini dayandırıb 2011
Ölkə  İspaniya
Qərargah Barselona, İspaniya
Dil İspan dili
donbalon.com

Don Balón İspaniya və beynəlxalq futbol sahəsində ixtisaslaşmış həftəlik idman qəzeti idi. Jurnal 19752011-ci illər aralığında Barselona şəhərində çap edilirdi. Həmçinin qəzetin 5 qitədə satışı həyata keçirilirdi.

Tarix və Profil

Jurnal 1975-ci ildə [1] tanınmış ispan idman jurnalisti olmuş Xose Maria Kasanovas tərəfindən təsis edilmişdir. [2] Həmin ildə o, həmçinin Barselona haqda gündəlik idman qəzetini təsis etmişdir.[2]

Don Balón nəşrinin qərargahı İspaniyanın Barselona şəhərində yerləşirdi.[1] Jurnal digər tanınmış idman nəşrləri olan World Soccer, Kicker, A Bola kimi Avropa İdman Jurnalları birliyinin üzvüdür və həftəlik olaraq dərc edilirdi.[1]

1976-cı ildən etibarən jurnal ilin ən yaxşı ispan və əcnəbi futbolçusuna, məşqçisinə, baş hakiminə Don Balón qəzetinin özəl mükafatını təqdim edirdi.[2]

Jurnal həmçinin illik olaraq dünyada 100 ən yaxşı gənc futbolçunun siyahısını hazırlayırdı. [3]

2011-ci ilin sentyabr ayında jurnal iqtisadi böhran səbəbiylə və baş redaktor olan Rocelio Rengelin sonda həbsi ilə yekunlaşmış dava ilə əlaqədar fəaliyyətini dəyandırmışdır. [4]

İstinadlar

  1. 1 2 3 The Europa World Year: Kazakhstan - Zimbabwe. Taylor & Francis. 2004. səh. 3908. ISBN 978-1-85743-255-8. 16 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2015.
  2. 1 2 3 Prasidh Kumar Mishra. Sports Journalism. Pinnacle Technology. 10 October 2010. səh. 91. ISBN 978-1-61820-463-9. İstifadə tarixi: 18 October 2014.
  3. "In Bed with Maradona". 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-24.
  4. Exclusive: Siempre Football meets… Don Balón Arxivləşdirilib 14 noyabr 2011 at the Wayback Machine, Siempre Football