A Bola (İngiliscə: "Top") Lissabonda dərc edilən portuqal dilində idman qəzetidir.
A Bola | |
---|---|
Növ | Həftəlik qəzet |
Təsisçi | Sociedade Vicra Desportiva |
Təsis tarixi | 29 Yanvar, 1945 |
Ölkə | Portuqaliya |
Qərargah | Travessa da Queimada, 23 Lissabon |
Dil | Portuqal dili |
ISSN | 0870-1776 |
abola.pt | |
Vikianbarda əlaqəli mediafayllar |
A Bola 1945-ci ildə Kandido de Oliveyra və Ribeyro dos Reis tərəfindən Lissabon şəhərində təsis edilmiş və həftədə 2 dəfə çap edilirdi. 1995-ci ildən etibarən isə qəzet gündəlik olaraq çap edilməyə başlandı. Qəzetin aşağı hissəsində "Bütün idmanların qəzeti" başlığı əks olunsada əslində böyük ölçüdə futbol mövzusunu özündə əks edir. 1952–53 mövsümündən etibarən, qəzet Portuqaliya liqasının bombardirinə Gümüş top (Portuqaliya) mükafatını təqdim etməkdədir.
Qəzet həmçinin Portuqaliya müstəmləkəsi olmuş bəzi Afrika ölkələrində çox populyardır. 2006-cı ildən etibarən isə qəzet portuqal əsilli əhalinin geniş yayıldığı Nyuark və Nyu-Cersi kimi Amerika Birləşmiş Ştatları şəhərlərində çap edilməkdədir.
2014-cü ildən isə qəzetin televiziya kanalı fəaliyyət göstərməkdədir.[1]