Dovşankələmikimilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dovşankələmikimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dovşankələmikimilər (lat. Crassulaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Təbii yayılması

Cənubi Afrika, Meksika və Aralıq dənizi ölkələrinin quru, daşlıq yerlərində yayılan 35 cinsi və 1400 növü məlumdur.

Botaniki təsviri

Dovşankələmikimilərin çiçəkləri müntəzəmdir. İkicinsli, az-az hallarda bircinsli, ikievli bitkilərdir. Sadə, qarşılıqlı düzülmüş yarpaqları ətli, gövdəsi şirəli olur. Çiçəkləri ikiqat yanlıqlı, çox vaxt ikicinsiyyətli, beşüzvlüdür, ayrı-ayrı hallarda 3-4-6 üzvü olur. Kasacıqları sərbəstdir ya da nadir hallarda aşağıdan bitişikdir. Ləçəkləri sərbəstdir və ya az-çox bitişikdir. Erkəkcikləri 10, bəzən 6-8-12 və ya 20-dir. Yuxarı yumurtalıqdır, az-az hallarda yumurtalığı yarım aşağıdır. Meyvəsi 5-10 meyvə yarpaqcığının birləşməsindən əmələ gəlmişdir. Meyvəsi çoxtoxumlu yarpaqmeyvədir. Ot və ya kol şəklindədir. Yarpaqları adətən ətli (sukkulent) və bəsitdir. Entonomofil və kserofit bitkilərdir.

Cins və növləri

Aeonium

Cotyledon

Crassula

Dudleya

Echeveria

Graptopetalum

Hylotelephium

Kalanchoe

Monanthes

Rhodiola

Sedella

Sedum

Sempervivum

Tylecodon

Umbilicus

Ekologiyası

Azərbaycanda yayılması

Azərbaycanda bu fəsilənin 4 cinsi və 30 növü yayılmışdır. Əksəriyyəti sukkulentdir, yəni dağ yamaclarında, quru qayalıq, daşlıq, susuz yerlərdə və meşə kənarlarında bitir. Bəzi növləri bəzək bitkisi kimi becərilir. Əsasən vegetativ çoxalır.

İstifadəsi

Qayaotu (lat. sempervivum) cinsinin kürəvi qayaotu (lat. sempervivum globiferum) növünün cavan yarpaqlarını şorabaya tökürlər. Bəzək bitkisidir. Qayaqoruğu (lat. sedum) cinsinin ağ qayaqoruğu (lat. sedum album) növünün yarpaq və zoğlarının ucları salat üçün işlədilir.

İstinadlar

Həmçinin bax