Dunkin' Donuts

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dunkin' Donuts
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Yan Quruluş
Məhsulları Donut, qəhvə
Təsis tarixi 2019
Baş qərargahın yeri
dunkindonuts.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dunkin' DonutsPonçik ilə qəhvə satan mağazalar şəbəkəsi, Dunkin' Brands şirkətinin qollarından biridir.

Tarixçəsi

"Dunkin Donuts" markalı donuts və qəhvə satan kafenin tarixi 1950-ci ildə Bill Rozenberqin Massaçusets, Kuinsidə ilk kafesini açması ilə başlayıb. 1955-ci ildə şirkət Françayzinq lisenziyası alıb. Bu gün bu donut şəbəkəsi dünyanın 45 ölkəsində fəaliyyət göstərir və hər gün 5 milyondan çox ziyarətçiyə xidmət edir.

Məkanlar

  Hal-hazırkı məkanlar
  Sadəcə bazaları
  Gələcəkdə tikilməsi planlaşdırılır
  Köhnə məkanları

28 dekabr 2013-cü il tarixinə görə, ümumilikdə 10 858 Dunkin' Donuts mağazası var. Bunlardan 7 677 ABŞ-də, 3 181 isə digər ölkələrdə fəaliyyət göstərir. Bu rəqəm Starbucks ilə müqayisə edildikdə, Starbucks şirkəti 17 009 mağaza ilə Dunkin' Donuts-u böyük rəqəmlə geridə qoyur.

ABŞ-də Dunkin' Donuts

Dunkin' Donuts kafesi ABŞ-də yarandığı üçün digər ölkələrə nisbətən daha çox ABŞ-də yayılıb. Hətta, ABŞ-dəki Dunkin' Donuts mağazalarının sayı digər ölkələrdə ümumi mağazaların sayından 2 dəfə çoxdur.

Dünya ölkələrində Dunkin' Donuts

Hal-hazırda çox yayılmasa da, dünya ölkələrdə ümumilikdə 3 181 mağazası vardır. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərməməkdədir.

Həmçinin bax