Françayzinq

Françayzinq, kommersiya münasibətləri növü (fr. franchir, «azad etmək») — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasında özünəməxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq - digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir.

Filip Kotler françayzinqin aşağıdakı əlamətlərini qeyd edir [1]:

  • françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır;
  • françayzi biznes sisteminin bir hissəsi olmaqdan ötrü ilkin haqq ödəyir;
  • françayzer françayziyə biznesin təşkili sistemini verir.

Françayzinq müqaviləsinin françayzer üçün aşağıdakı müsbət cəhətləri vardır:[2]

  • Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirmək;
  • Ödəmələrdən əlavə gəlir qazanmaq.

Françayzinq müqaviləsinin françayzer üçün mənfi cəhətləri:

  • Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır;
  • Françayzi müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etmədikdə françayzerin imici, nişanı nüfuzdan düşür.
  1. Котлер Ф. Маркетинг менеджмент. — СПб.: Питер, 2004. — С. 575. — ISBN 5-94723-311-8.
  2. Н.В.Soltanova, M.M.Ağakərimov,S.İ.Babazadə. «Mehmanxana təsərrüfatı» (dərs vəsaiti). Bakı, «Parni İz Baku» Nəşriyyat evi, 2005