Edinburq qalası
Edinburq qalası | |
---|---|
ing. Edinburgh Castle | |
55°56′55″ şm. e. 3°12′02″ q. u. | |
Ölkə | Şotlandiya |
Şəhər | Edinburq |
Əsas tarixlər |
1296–1357 - Şotlandiya İstiqlal Müharibələri 1571-1573 - Lanq mühasirəsi 1640, 1650, 1689, 1745-ci illərdə mühasirə edilib. |
Tikilmə tarixi | Ərazi Tunc dövründən məskunlaşıb; Qəsrin dövrümüzə çatmış binaları XII-XXI əsrlərdə inşa edilib. |
Rəsmi sayt | edinburghcastle.scot |
Şotlandiyanın Tarixi Abidələri | |
İstinad nöm. | SM90130 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Edinburq Qalası (ing. Edinburgh Castle) — Şotlandiya ərazisində olan tarixi memarlıq abidəsi.
Tarixi
Təsviri
Edinburq qalası Edinburq Köhnə şəhərinin qərbindəki Kral Milinin üstündə yerləşir.
Mons Meg
Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biridir. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir.[1] Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2 km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir.[2]
Top Belçikada Mons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir.
Cari istifadəsi
Edinburq qalası Şotlandiya hökumətinə məxsusdur.
Turist məkanı
Edinburq qalası Şotlandiyada ən məşhur ödənişli turist məkanı sayılır, qalaya 2013-ci ildə 1.4 milyon ziyarətçi gəlmişdir.[3]
Hərbi rolu
Qalanın ordu ilə güclü əlaqəsi hələ davam edir və Böyük Britaniyada əsasən təntənəli və inzibati məqsədlər üçün olsa da, Edinburq qalası hərbi qarnizonlu bir neçə qədim qalalardan biridir.
Edinburq kral hərbi orkestr paradı
Hər il avqust ayında Edinburq hərbi orkestr paradı kimi tanınan bir sıra tamaşalar qalada baş tutur. Şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı tuluq zurnası çalan Şotlandiya hərbçiləri açır.[4]
Saat 1 Topu
Saat 1 Topu vaxt siqnalıdır və bazar günü, Yaxşı Cümə və Milad günü istisna olmaqla, hər gün topla dəqiq saat 13:00-da atəş açılır.
Edinburqun simvolu
Qala Edinburqun və Şotlandiyanın tanınmış simvoluna çevrilmişdir. Qalanı Edinburq şəhərinin və Edinburq Universitetinin gerbində görmək olar.
İstinadlar
- ↑ "Did You Know? Mons Meg". 2021-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
- ↑ "Mons Meg cannon at Edinburgh Castle to have an 'MOT'". 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
- ↑ "Visits made in 2011 to visitor attractions in membership with ALVA". Association of Leading Visitor Attractions. 7 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2015.
- ↑ "Edinburgh Military Tattoo rehearsal". 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.
Xarici keçidlər
- Rəsmi saytı Arxivləşdirilib 2015-09-02 at the Wayback Machine