Elşad Ağayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elşad Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Masallı Hişkədərə
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Beyləqan
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Elşad AğayevQarabağ müharibəsinin iştirakçısı olub. Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Həyatı

Elşad Ağayev 1967-ci ilin bu günü Masallı rayon Hişkədərə kəndində anadan olub. 1973-1984-cü illər arasında Masallı rayonu Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağırılıb. Gürcüstanda rabitə kəşfiyyat kursunu təhsildə və xidmətdə nümunəvi başa vuraraq fəxri fərmanla təltif olunaraq həmin hərbi hissədə saxlanılıb. Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirməklə bərabər Bakı baş tikinti idarəsinin 4 saylı tikinti quraşdırma zavodunda işləyib.

Döyüş yolu

1992-ci ilin mart ayında zavod rəhbərliyinə ərizə ilə müraciət edərək könüllü olaraq Milli ordu sıralarına qatılır. Həmin ilin yaya aylarında GoranboyAğdərənin erməni işğalçılarından təmizlənməsi əməliyyatlarında iştirak edir. Daha sonra Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub.[1]

Mükafatları və xatirəsi

Təhsil aldığı Masallı rayonu Hişkədərə kənd tam orta məktəbi hazırda şəhidin adını daşıyır.[2]

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə döyüşdə göstərdiyi şücaətə görə Dövlət bayrağı ordeni ilə təltif olunub.[2]

İstinadlar

  1. ""Azərbaycan Bayrağı" ordenli şəhid Elşad Ağayevin doğum günüdür". interaztv.com. 18 aprel 2019. 18 aprel 2019 tarixində arxivləşdirilib.
  2. 1 2 "Masallıda şəhid Elşad Ağayevin xatirəsi anılıb". azertag.az. 22 dekabr 2018. 18 aprel 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər