Elşad Ağayev — Qarabağ müharibəsinin iştirakçısı olub. Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Elşad Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Masallı Hişkədərə |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Beyləqan |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Elşad Ağayev 1967-ci ilin bu günü Masallı rayon Hişkədərə kəndində anadan olub. 1973-1984-cü illər arasında Masallı rayonu Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağırılıb. Gürcüstanda rabitə kəşfiyyat kursunu təhsildə və xidmətdə nümunəvi başa vuraraq fəxri fərmanla təltif olunaraq həmin hərbi hissədə saxlanılıb. Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirməklə bərabər Bakı baş tikinti idarəsinin 4 saylı tikinti quraşdırma zavodunda işləyib.
1992-ci ilin mart ayında zavod rəhbərliyinə ərizə ilə müraciət edərək könüllü olaraq Milli ordu sıralarına qatılır. Həmin ilin yaya aylarında Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsi əməliyyatlarında iştirak edir. Daha sonra Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub.[1]
Təhsil aldığı Masallı rayonu Hişkədərə kənd tam orta məktəbi hazırda şəhidin adını daşıyır.[2]
Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə döyüşdə göstərdiyi şücaətə görə Dövlət bayrağı ordeni ilə təltif olunub.[2]