El-Qamal sxemi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

El-Qamal sxemi1985-ci ildə Sahib El-Qamal tərfindən təklif olunmuşdu. Bu sxem elektron imza və şifrləmə (encryption) üçün istifadə olunur. El-Qamal alqoritmi Diffie-Hellman alqoritminə əsaslanır. O, Diffie-Hellman alqoritmini iki alqoritm şəklində ifadə etmişdi. El-Qamal sxemi vasitəsilə şifrləmə 3 kompanentdən ibarətdir:

  • Xüsusi açarın generasiyası
  • Şifrləmə alqoritmi (Encryption algorithm)
  • Deşifrlmə alqoritmi (Decryption algorithm)

Xüsusi açarın generasiyası.

  • n bit uzunluğunda təsadüfi p sadə ədədi generasiya olunur.
  • Zp çoxluğundan təsadüfi g primitiv elementi seçilir.
  • Elə təsadüfi x tam ədədi seçilir ki, 1<x<p-1
  • “y=gx mod p” hesablanır
  • Burada açıq açar (p,g,y) üçlüyü, qapalı açar isə x-dır

Şifrləmə alqoritmi

Hər hansı “M” məlumatı aşağıdakı şəkildə şifrlənir

  • Sessiya açarı seçilir - Elə təsadüfi k ədədi seçilir ki, 1<k<p-1 intervalında dəyişsin
  • “a=gk mod p” və b=ykM mod p hesablanır
  • (a,b) ədədlər cütü şifrlənmiş mətindir

Asanlıqla görmək mümkündür ki, şifrlənmiş mətnin uzunluğu daxil edilmiş M mətnindən iki dəfə çoxdur. Digər tərəfdən k-nı göstərilən intervalda deyil, 1-ə və ya p-1-ə bərabər götürsək onda verilmiş məlumatın deşifrlənməsi ilk addımda baş verər ki, buda çox göndərilən məlumat üçün çox təhlükəlidir.

Deşifrləmə alqoritmi

x qapalı açarını bilməklə (a,b) şifrlənmiş mətnindən qəbul edilən mətni aşağıdakı düstur vasitəsilə əldə etmək olar:

  • M=b(ax)-1 mod p
  • Asanlıqla görmək olar ki, (ax)-1 ≡ g –kx (mod p)

bu səbəbdən b(ax)-1 ≡ (ykM)g-xk ≡(gxkM) g-xk ≡ M (mod p) hesablamaq olar.

  • Praktiki hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:

M≡b(ax)-1 mod p= b*a (p-1-x) mod p

El-Qamal sxeminə aid aşağıdakı misala baxaq:

Fərz edək ki, M=5 məlumatını şifrləmək tələb olunur. Xüsusi açarın generasiya edək: Fər edək ki, p=11, g=2, x=8 y=gx mod p = 28 mod 11 =3

Göründüyü kimi, burada (p,g,y) üçlüyü (11,2,3) qapalı açar x isə 8-ə bərabərdir. Məlumatın şifrlənməsi üçün k=9 götürək. a=gk mod p=29 mod 11=512 mod 11=6 hesablanır.

b=ykM mod p =395 mod 11=19683*5 mod 11=9 Nəticədə alırıq ki, (a,b)=(6,9) şifrlənmiş məlumatdır.

  • Deşifrləmə

(a,b)=(6,9) şifrlənmiş məlumatından və x=8 qapalı açarından M=5 məlumatını almaq tələb olunur

  • M≡b(ax)-1 mod p= b*a (x) -1 mod p = 9 (68)-1 mod 11=5

Alırıq ki, ilkin mətn M=5-dir.

k-nın təsadüfi seçilməsi səbəbi ilə El-Qamal sxeminə ehtimal şifrləməsi və ya təsadüfi şifrləmədə deyilir.El-Qamal sxemi ilə şifrləmə zamanı çatışmayan əsas xüsusiyyət onun sonda alınan mətnin uzunluğunun daxil edilmiş mətindən iki dəfə uzun olmasıdır.